Blokadaya görə Hörmüz boğazında qalan gəmilərin sayı açıqlanıb
Dünya
122
22:40, Bu gün

Blokadaya görə Hörmüz boğazında qalan gəmilərin sayı açıqlanıb

Hörmüz boğazının blokadaya alınmasından bəri ABŞ Silahlı Qüvvələri tərəfindən 52 kommersiya gəmisi saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Hazırda tələblərə riayət edilməsi məqsədilə 52 ticarət gəmisi geri döndərilib və ya limana qaytarılıb", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Vaşinqton aprelin 13-də Hörmüz boğazının blokadasını elan edib. Həmin ayın sonunda ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinə boğazın akvatoriyasında mina döşəməyə cəhd edən hər hansı gəmiyə xəbərdarlıq etmədən atəş açmaq və onu batırmaq barədə əmr verib.

ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keynin sözlərinə görə, boğazın blokadaya alınması səbəbindən 1 550-dən çox gəmidə olan təxminən 22 500 dənizçi Fars körfəzini tərk edə bilmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər