23:25
12°C
Bakı
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri İranla danışıqlara göndərmək niyyətində olmadığını bəyan edib.
Moderator.az xəbər verir ki, Ağ Ev lideri bu barədə PBS yayım şirkətinə verdiyi müsahibəsində deyib.
"Çətin ki, belə olsun. Düşünürəm ki, biz bunu buradan həll edə biləcəyik. Ola bilsin ki, yekun görüş üçün haradasa imzalanma mərasimi təşkil edək", - deyə o qeyd edib və müzakirələrin məsafədən aparılacağını vurğulayıb.