“Azərbaycan istədiyi vaxt Avropa ölkələrinə qarşı iqtisadi təzyiq göstərə bilər...”
“Azərbaycan parlamentinin Avropa Parlamentindən uzaqlaşması haqda qərarına müsbət yanaşıram. Axır ki, bu qurumun anti-Azərbaycan qurumu olduğunu siyasətçilərimiz anladılar və burada Azərbaycanın iştirakının bizə heç nə vermədiyi ilə razılaşdılar. Aydındır ki, Azərbaycana qarşı bu parlamentin heç vaxt müsbət mövqeyi olmayıb. 30 il Azərbaycan torpaqlarını zəbt etmiş və oranı xarabalıqlara çevirmiş Ermənistana qarşı heç bir obyektiv qərar çıxarmamış, üstəlik, Azərbaycanı günahkar çıxarmış bu qurumdan nə gözləmək olar? Eyni ilə ATƏT kimi...
O ki qaldı Azərbaycan–Avropa münasibətlərinə, ölkə rəhbərliyinin apardığı siyasət ayrı-ayrı Avropa ölkələri ilə əməkdaşlıq , əlbəttə ki, iqtisadi maraqlar üzərində qurulmuşdur və həmin ölkələr Azərbaycanın neftindən və qazından asılı ölkələrdir. Azərbaycan istədiyi vaxt bu ölkələrə qarşı iqtisadi təzyiq göstərə bilər.”
Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında "Azərbaycan parlamentinin Avropa Parlamentindən uzaqlaşması haqda qərarına, ümumiyyətlə, Azərbaycan-Avropa münasibətlətinə necə baxırsız?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli ifadə edib.
“Avropa Parlamentinin qərarlarının arxasında Azərbaycana qarşı heç bir iqtisadi təzyiq dura bilməz, həmin qurumun qəbul etdiyi kağız-kuğuza isə Azərbaycana qarşı təzyiq kimi baxmağın özü gülüncdür. Çünki Azərbaycan işğal edilmiş torpaqlarını azad etməklə dünyaya göstərdi ki, Ermənistana qarşı apardığı müharibə ədalətli müharibədir və bu onun öz suveren hüquqlarını qorumaq üçün atdığı ən düzgün addımdır”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Bu saat Azərbaycanla-Ermənistan arenasında sülh sazişinin bağlanacağı ərəfədə Avropa parlamentinin hay-küy salmasını da təbii qəbul etməliyik, çünki bu qurum Cənubi Qafqazda sülhün höküm sürməsinin tərəfdarı deyil. Fransanın və başqa ölkələrin ermənilərin Qarabağı tərk etmələri ilə bağlı bəyanatları, bayaq dediyimiz kimi, kağız-kuğuzdan başqa heç nə deyil. Azərbaycanlılar Qarabağdan erməniləri qovmayıblar, onlar özləri bu torpağı darmadağın etdiklərindən utandıqlarından tərk ediblər. Və indi o da aydın olur ki, separatçı lider və fəallar Qarabağ klanının Ermənistandakı siyasi oyunbazlıqlarında iştirak etmək və Paşinyanın əlindən hakimiyyəti ələ almaq üçün Qarabağı tərk edib çox ciddi mübarizəyə qoşulublar. Avropa parlamentinin sadəlövh siyasətçiləri bunu anlamır və elə düşünürlər ki, erməniləri Qarabağa qaytarsalar, bu qurumun reytinqi qalxar. Onlar bir şeyi anlamırlar ki, erməni mentalitetinin danılmaz xüsusiyyəti odur ki, tərk etdikləri yerə heç vaxt qayıtmırlar”, - həmsöhbətimiz belə deyib.
Analitik iddia edir ki, Avropa İttifaqı özü saat dağılma ərəfəsindədir:
“ABŞ –İran qarşıdurmasının nəticəsi elə buna aparacaq. ABŞ-ın məqsədi Avropanı 60-ci illərdəki kimi öz satellitinə çevirməkdir. Nə qədər Hörmüz bağlı qalacaq, Aİ o qədər çökəcək. Azərbaycanın isə bir dövlət kimi istər iqtisadi, istərsə də geo-siyasi reytinqi yüksələcək...”
Tahir Cəfərli dünən Azərbaycan Prezidentinin Aİ-nin rəhbər nümayəndələrini qəbul etməsini də toxunub.
“Aİ nümayəndələrinin Bakıya gəlməsi və Prezidentimiz tərəfindən qəbul edilməsi ondan xəbər verir ki, onlar Azərbaycana qarşı Avropa parlamentinin qəbul etdiyi qərarın nə qədər haqsız olnduğunu anlayıblar. Bundan əlavə, Azərbaycan nefti və qazı olmasa, Avropanın iqtisadiyyatına vurulacaq zərərləri də dərk ediblər. Azərbaycan Prezidentinin Avropa Parlamentinin qəbul etdiyi qərara qarşı çıxışı ,əlbəttəki, Aİ nümayəndələrini təşvişə salıb və iqtisadi münasibətləri korlanmasından qorxuya düşüb dövlət başçısının qəbuluna gəliblar”, - deyə siyasi şərçi vurğulayıb.