Mərakeşdə dondurulmuş balıqlarda ton yarımdan artıq kokain aşkarlanıb
Dünya
1910
20 Oct 2023 | 21:43

Mərakeşdə dondurulmuş balıqlarda ton yarımdan artıq kokain aşkarlanıb

Mərakeşdə dondurulmuş balıqlarda 1,37 ton kokain aşkarlanıb.

Bu barədə "Maghreb Arabe Presse" məlumat yayıb.

Konteynerlərdə gizlədilən şübhəli yüklə bağlı məlumat Krallığın Milli Təhlükəsizlik Baş İdarəsinə daxil olub.

Narkotik vasitənin mənşəyi və Mərakeşə çatdırılma marşrutunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, dondurulmuş balıq olan konteyner İspaniya vasitəsilə Latın Amerikası ölkələrindən gəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər