Netanyahu özünü çox yaxşı hiss etdiyini bildirib
Dünya
1549
15 Jul 2023 | 21:12

Netanyahu özünü çox yaxşı hiss etdiyini bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü həkimlərə köməklərinə görə təşəkkür edib və susuzluqdan əziyyət çəkdikdən sonra özünü çox yaxşı hiss etdiyini bildirib.

Baş nazirin Şeba Tibb Mərkəzində qeydə alınan müvafiq videomüraciəti “Kan” radiosu və “Ynet” portalı tərəfindən dərc edilib.

“İndi özümü çox yaxşı hiss edirəm. Dünən mən Təbəriyyə gölündə günəş altında, baş geyimi olmadan və kifayət qədər susuz bir az vaxt keçirdim. Bu pis fikir idi”, - deyə o qeyd edib.

Netanyahu israilliləri istilərə görə günəşdə daha az vaxt keçirməyə və daha çox su içməyə çağırıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər