Azərbaycanda sentyabrdan ov mövsümü açıla bilər
Cəmiyyət
2810
23 Aug 2022 | 16:55

Azərbaycanda sentyabrdan ov mövsümü açıla bilər

"Sentyabrın əvvəlindən ov mövsümünün açılması nəzərdə tutulur".
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.
 
Onun sözlərinə görə, koordinasiya şurasının iclasından sonra yekun qərar qəbul ediləcək: “Pandemiya səbəbindən mövsüm açılmaya da bilər. Yenə də iclasdan sonra qərar veriləcək”.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər