““Tərtər işi”ni Aprel savaşındakı xəyanətlərini ört-basdır etmək üçün ortalığa atdılar...”
Oxunub: 9819
24 Dec 2021 | 19:38
““Tərtər işi”ni Aprel savaşındakı xəyanətlərini ört-basdır etmək üçün ortalığa atdılar...”
“Aprel döyüşlərinin planlaşdırılmasına və icrasına əsas cavabdeh keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov, Tərtər istiqamətində həmin plana uyğun döyüş əməliyyatları həyata keçirməli olan korpus komandiri isə Hikmət Həsənov idi...”
 
"Prezident İlham Əliyevin göstərişi ilə yeni istintaq qrupu yaradıldıqdan sonra artıq “Tərtər işi”nin tam açılacağına xalqda, o cümlədən bir vətəndaş və hərbçi olaraq məndə böyük inam var. Və bu işin təşkilatçı və icraçıları hamısı tutduqları rütbə və vəzifələrindən asılı olmayaraq qanunun yol verdiyi ən sərt formada cəzalarını çəkməlidir. Çünki bu, hansısa şəxsə, hakimiyyətə qarşı yox, bilavasitə Azərbaycan dövlətçiliyinə, ordusuna, xalqına qarşı yönəlmiş bir təxribat olub. Belə təxribatlarla xalqın öz dövlətinə, ordusuna inamını sındırmaq istəyirlər”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov ifadə edib.
“ “Tərtər işi”  siyasi bir cinayətdir və burada Azərbaycan dövlətinin, xalqının Qarabağdan, işğal altındakı torpaqlardan birdəfəlik əlini üzməsi üçün qondarma zəmin hazırlanması niyyəti güdülüb. Bununla dövlət rəhbərliyini, şəxsən cənab Ali Baş Komandanı da inandırmağa çalışıblar ki, guya Azərbaycan ordusu yoxdur, dağılır, başdan-ayağa satqınlardan, əxlaqsızlardan ibarətdir və s. Məqsəd İlham Əliyevdə vaxtı yetişəndə Qarabağa hücum əmri verməkdə ciddi tərəddüd yaratmaq olub. Bir sözlə, Tərtər olayları xırda bir cinayət, intriqa-filan deyildi. Bunun hamısı 44 günlük azadlıq savaşının baş tutmaması üçün qurulmuş düşmən planlarının tərkib hissəsi olub”- deyə polkovnik açıqlamasının davamında bildirib. 
 
“Məndə olan məlumata görə,  2016-cı ilin Aprel döyüşləri artıq torpaqlarımızın  azad edilməsi məqsədilə başlanmışdı. Lakin baş vermiş xəyanət nəticəsində xeyli hərbçimiz, o cümlədən xüsusi təyinatlılarımız mühasirəyə salınaraq həlak oldu. Bundan sonra da Ali Baş Komandan genişmiqyaslı hücumu dayandırmağa məcbur qaldı. Odur ki, müəyyən qüvvələr məhz  özlərinin təşkil etdiyi o xəyanəti, biabırçılığı “əsaslandırmaq”, öz satqınlıqlarını aşağı təbəqədəki zabit və əsgərlərin üzərinə yıxmaq üçün “Tərtər işi”ni düzüb-qoşdular.  Beləliklə, neçə-neçə zabit, gizir və əsgərlərimizi etmədikləri xəyanət və cinayətləri işgəncə altında “boyunlarına almağa” məcbur etdilər. Bununla sübut etməyə çalışırdılar ki, guya Azərbaycan ordusu başdan-ayağa xəyanətə, əxlaqsızlığa qurşanıb, şəxsi heyətdə mənəvi ruh, döyüş ruhu yoxdur, bu ordu torpaqların azadlığı uğrunda müharibə apara bilməz. Gerçəkdən də Aprel döyüşləri vaxtı xəyanət olmuşdu və ermənilər ordumuzun haradan və necə hücuma keçəcəyini bilirdi. Əməliyyat planı satılmışdı və bunu edən qruplaşma öz xəyanət və cinayətlərini ört-basdır etmək üçün 2017-ci ildə Tərtər təxribatını işə saldı ki, uğursuzluğun bütün günahı, dediyim kimi, orada heç bir əsas olmadan “erməniyə işləməkdə” suçlanan əsgər və zabitlərin üzərində qalsın... Xatırladıram ki,  2016-cı il Aprel döyüşlərinin planlaşdırılmasına və icrasına əsas cavabdeh keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov, Tərtər istiqamətində həmin plana uyğun döyüş əməliyyatları həyata keçirməli olan korpus komandiri isə Hikmət Həsənov idi”- polkovnik belə deyib.
“Sizcə, hər hansı bir orduda genişmiqyaslı döyüş əməliyyatının planı sıravi əsgər və aşağı zabit heyəti tərəfindən düşmənə satılması mümkündürmü?” sualını isə müdafiə nazirinin keçmiş müavini belə cavablandırıb: 
 
“Xeyr, əsgər, gizir və zabitlər döyüşdə plana əsasən verilən əmrlərin icraçısı olur. Yalnız aşağı komandir heyəti döyüş planının yalnız kiçik elementlərini bilə bilər... 
Sizcə, nəyə görə 44 günlük savaş başlamamışdan öncə Nəcməddin Sadıkovu vəzifəsindən  azad etmədilər, amma 3 gün sonra o, işindən faktiki olaraq kənarlaşdırıldı. Deməli, bu dəfə də xainlər tərəfindən plan satılmışdı. Amma cənab Ali Baş Komandan öncədən bilirdi ki, plan satıla bilər. Və iki-üç gün aldadıcı gedişlərlə ermənilər inandırıldı ki, guya ordumuz onlara satılmış plan əsasında hərəkət edir və bütövlükdə hərbi əməliyyatlar həmin plan üzrə gedəcək. Ona görə də Ermənistan bütün əsas qüvvələrini əsasən Ağdam və “Ohanyan səddi” istiqamətinə cəmlədi. Bundan sonra Azərbaycan ordusu tam şəkildə nəzərdə tutulmuş əsl planla hərəkət etməyə başladı və ermənilər çaş-baş qaldı. Onlar yenidən qoşunları digər istiqamətlərə daşımağa çatdırmadılar. Və düşmənin xaotik şəkildə hərəkət edən kalonlarını PUA-larımızın, artilleriyaçılarımızın dəqiq zərbələri məhv etdi... 
 
Yəni 44 günlük savaş başlanmamışdan öncə xəyanət ehtimalı nəzərə alınaraq Ali Baş Komandanın rəhbərliyi ilə  iki plan hazırlanmışdı: biri aldadıcı plan idi və onu məlum qruplaşma satmışdı.  Digəri isə əsas plan idi. Amma əsas plan yalnız 3-cü gündən sonra ortaya çıxdı və hər şey birbaşa Prezident, Ali Baş Komandan tərəfindən idarə olunmağa başlandı. Aldadıcı planın satılmasında iştirakı ehtimal olunan əsas fiqurlar artıq kənarlaşdırılmışdı. Odur ki, 44 günlük savaşın sonu qələbə ilə bitdi. Və şəhid və qazilərimizin canı, qanı, cəsarət və fədakarlığı hesabına qazanılan qələbə ilə Azərbaycan ordusu sübut etdi ki, bütün xəyanət və təxribatlara rəğmən o döyüşməyə və torpaqlarımızı azad etməyə qadir bir silahl qüvvədir... 
 
Yalnız o təəccüblüdür ki, həm Aprel döyüşlərində, həm də 44 günlük savaşdakı xəyanətlərdə iştirakına şübhə olmayanlar hələ də azadlıqdadır. Görünür, özünün də dediyi kimi, “nəyi nə vaxt və necə etməyi yaxşı bilən” Ali Baş Komandan məqamında onların da qanuni cəzalarına çatmalarına nail olacaq. Yəqin ki, hələlik şimal qonşumuzu çox da qıcıqlandırmaq məqsədəuyğun deyil.  Ancaq hesab edirəm ki, məhz “Tərtər işi” üzrə yaradılmış yeni istintaq qrupu xəyanətin ilmələrini açdıqca əsl xəyanətkarların cinayət və xəyanətləri də fakt və sənədlərlə qarşılarına qoyulacaq. Və bundan sonra artıq şimal qonşumuzun da qıcıqlanmağa, əks-reaksiya verməyə  və satqınları himayə etməyə əsası olmayacaq... Göründüyü kimi, mediada, sosial şəbəkələrdə xalq Tərtər cinayətinin bütün təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edir. Odur ki, dövlətimiz buna mütləq nail olmalı, satqın və xainlər öz layiqli cəzalarını almalıdırlar”- deyə sabiq nazir müavini vurğulayıb.
 
Qeyd: 
Polkovnik Mehman Səlimovla geniş müsahibənin davamını yaxın müddətdə oxuya bilərsiniz. 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
13:02, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:05, Bu gün
Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi - FOTO
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək