Dünyada İLK - Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi - FOTO
145
11:30, Bu gün

Dünyada İLK - Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi - FOTO

Mayın 20-də rusiyalı parapmançı Rüstəm Nəbiyev tarixdə ilk dəfə olaraq yalnız əlləri ilə Everest zirvəsinə (8848 metr) qalxıb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə öz "Instagram" hesabında paylaşım edib.
 
Rüstəm Nəbiyev 2015-ci ildə Omsk şəhərində Hava-Desant Qoşunlarının təlim mərkəzində kazarmanın çökməsi nəticəsində hər iki ayağını itirib. Həmin faciə zamanı ümumilikdə 21 nəfər həyatını itirmişdi.
 
Uzunmüddətli müalicə və reabilitasiya prosesindən sonra o, idmana başlayıb. Əvvəlcə sled-hokkeylə məşğul olan Nəbiyev, 2020-ci ildən etibarən isə dağ zirvələrini fəth etməyə başlayıb.
 
Everestə qədər parapmançı artıq Elbrus (5642 m və 5621 m), Manaslu (8163 m), Ağrı (5165 m), Kazbek (5033 m), Kilimancaro (5895 m) və Akonkaqua (6962 m) zirvələrinə qalxmağa nail olmuşdu.
 
Everest yürüşü isə 2026-cı il aprelin 7-də başlayıb. Akklimatizasiya mərhələsini Nəbiyev hündürlüyü 6476 metr olan Mera Pik zirvəsində keçib. Bu zirvə onun alpinist karyerasında fəth etdiyi doqquzuncu zirvə olub. /Lent.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər