Ekskluziv
218
07:57, Bu gün

"İnsan" fondu subasma zamanı sənədsiz evlərini itirmiş vətəndaşlar üçün yeni evlər tikir...-İBRƏTAMİZ 

"İnsan" xeyriyyə fondu Dağıstanda baş verən dağıdıcı daşqından zərər çəkmiş ailələr üçün mənzillərin bərpası üzrə genişmiqyaslı proqram həyata keçirməyə davam edir.
 
Dağıstan Respublikasının Xasavyurt rayonunun Adilyotar, Tutlar və Kadır-Atar kəndlərinin hər birində üç ev tikiləcək. 
Moderator.az  yerli mediaya istinadla xəbər verir ki, bu barədə "İnsan" Fondunun baş direktoru Maqomed Abdurahmanov Tutlar kəndində "Vahid Rusiya" partiyasının "Dağıstan hüdudu" könüllü düşərgəsinin açılışında bildirib.
 
Xatırladılır ki, "İnsan" fondu bundan əvvəll Tsiyab-Tsilitli kəndində 17 evin tikintisini elan etmişdi. Orada artıq iki ev tikilib və üçüncü evin təməli qoyulub.
 
Beləliklə, fondun fəlakətdən zərər çəkmiş ailələr üçün tikməyi planlaşdırdığı evlərin ümumi sayı 26-ya çatacaq. Bu yardım zəruri mənzil sənədlərinin olmaması səbəbindən dövlət ödənişlərindən yararlana bilməyən ailələrə verilir.
 
Xatırladaq ki, Rusiyanın hakim partiyasının təşəbbüsü ilə Dağıstanda son daşqınlardan zərər çəkmiş insanlara yardım məqsədli könüllülər düşərgəsi də açılıb(burada:)
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər