AzTV-nin Kiyevdəki əməkdaşını oğurlamaq istəyiblər  - ŞOK
Hadisə
5176
03 Oct 2016 | 18:20

AzTV-nin Kiyevdəki əməkdaşını oğurlamaq istəyiblər - ŞOK


Moderator.az xəbər verir ki, Ukraynada yaşayan Azərbaycanlılar böyük təşviş içindədir. Səbəb isə oradakı soydaşlarımıza qarşı törədilən adam oğurluğu faktının intensivləşməsidir.xa0

Bununla bağlı Moderator.az-da ötən gün AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarının oğurlanması barədə "Ukraynada Avakov kabusu dolaşır - Erməni cəlladın "azərbaycanlı ovu" biznesi..." başlıqlı analitik yazı yayımlanmışdı--- moderator.az/news/153448.html

Moderator.az-a bu gün Kiyevdəki mənbədən verilən məlumata görə, Mövsüm Aslanovun oğurlanmış qohumları azad olunduqdan sonra hadisənin təfərrüatları aydın olub. Məlum olub ki, həmin şəxslər əslində M.Aslanovun özünü oğurlamaq istəyirlərmiş. Bir neçə cəhddən sonra onun özünü oğurlamaq mümkün olmadığı üçün qohumlaırını xa0- şəriklərini oğurlayıblar. xa0

Bu hadisədən sonra M.Aslanov diaspor təşkilatlarındakı dostları vasitəsi ilə oradakı azərbaycanlılardan dəstək istəyib, Azərbaycan mətbuatındakı dostlarının iştirakı ilə bu faktları qabardıb. Daha sonra Ukrayna Daxili İşlər Nazirliyi qarşısında aksiya təşkil olunub. Aksiya iştirakçıları Ukrayna hökumətindən Azərbaycanlılara qarşı törədilən bu halların aradan qaldırılmasını tələb ediblər. Keçirilmiş aksiyadan sonra M.Aslanovun qohumları girovluqdan azad olunub.xa0



Qeyd edək ki, Mövsüm Aslanovun qohumlarının oğurlanmasından sonra xa0Ukraynadakı azərbaycanlılara qarşı törədilən oğurluq ciddi rezonans doğurub.xa0

Xatırladaq ki, Ukraynada bir müddət əvvəl əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də oğurlanmışdı. Məsələ qabardılandan sonra 39 yaşlı iş adamı Elvar İskəndərovla bərabər Sakit Hacıyevi də sərbəst buraxıblar. xa0E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.




Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər