Yarış zamanı məşhur pəhləvan qətlə yetirildi
Dünya
147
11 May 2026 | 23:47

Yarış zamanı məşhur pəhləvan qətlə yetirildi

Özbəkistanın Surxandərya vilayətinin Denau rayonunda keçirilən kuraş yarışları zamanı dəhşətli qətl hadisəsi baş verib. Bölgənin tanınmış pəhləvanlarından biri olan Nizomiddin Çutboyev öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə kun.uz məlumat yayıb.

Məlumata görə, hadisə mayın 9-da saat 14:30-da Denaudakı tibb texnikumunun stadionunda qeydə alınıb. Həmin vaxt orada kuraş üzrə kütləvi idman tədbiri keçirilirdi.

Bildirilib ki, yarışın bir mərhələsində Nizomiddin Çutboyevin oğlu Əyyubxan Xurramov rəqibi Büstanbəy Cabbarova qalib gəlib. Kiçik qardaşının məğlubiyyətindən hiddətlənən Doston Cabbarov isə arxadan N.Çutboyevə yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi endirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Həyat Şəmsutdinov kun.uz-a açıqlamasında təsdiqləyib ki, ağır yaralanan N.Çutboyev təcili olaraq rayon tibb birliyinə çatdırılıb. Lakin reanimasiyada göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə əsasən, mərhuma dörd ağır bıçaq xəsarəti yetirilib.

Həmin gün Denau rayon prokurorluğu tərəfindən Doston Cabbarov barəsində Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsinin "l" bəndi (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Şübhəli şəxs Cinayət Prosessual Məcəlləsinin 221-ci maddəsinə əsasən saxlanılıb. Hazırda rayon prokurorluğu tərəfindən ibtidai istintaq tədbirləri davam etdirilir.

Mənbənin məlumatına görə, Doston Cabbarov əvvəllər də məhkum olunub və rayonda aqressiv davranışları ilə tanınır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər