“Milli Ordu haqda ilk Qanun və Hərbi And mənim dəstəyimlə hazırlandı və...”
Müsahibə
Oxunub: 7982
20 Nov 2021 | 21:24
“Milli Ordu haqda ilk Qanun və Hərbi And mənim dəstəyimlə hazırlandı və...”
“1988-ci ilin payızına qədər Gümrüdəki  diviziyada xidmət edən azərbaycanlı zabitlərin və 70-dən çox əsgərimizin oradan sağ-salamat Azərbaycan Respublikasına gəlmələrini təmin etdim...”
 
"Rəhmətlik Elmira Qafarova diviziyaya gəldi və komandir Antonovla söhbət edib  mənim həbs olunmağımın qarşısını aldı..."
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər,  birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib... 
Tanıtım:
 
Mehman Əmirxan oğlu Səlimov - 1955-ci il avqustun 12-də qədim Azərbaycan torpağı - ulu Borçalımızın gözəl Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Qızıl Kilsə kəndində anadan olub.
 
1962-ci ildə Dmanisi rayonunun 1 saylı rusdilli orta məktəbinin I sinfinə daxil olub, 1973-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1974-cü ildə Donetsk Ali Siyasi Hərbi məktəbinə daxil olub və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin təlim-tədris hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət edib. 1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olub və 1987-ci ildə Akademiyanı bitirib.
 
1987-ci ildən  SSRI-nin Zaqafqaziya Hərbi Dairəsində - Ermənistanın o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alayı komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət edib. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib.
 
1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini -siyasi şöbənin rəisi vəzifəsini icra edib. 1991-ci ilin yayından başlayaraq  gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.  
 
1992-ci ildə isə könüllü olaraq Azərbaycan Silahlı qüvvələrinə daxil olub.
 
1992-ci ilin yanvar-sentyabrında müdafiə nazirinin köməkçisi - şəxsi heyətlə iş üzrə idarənin rəisi vəzifəsində xidmət edib.
 
15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olunub və hərbi hissəyə komandanlıq edərək Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik edib.
1993-cü ilin mart ayından  oktyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləyib.
 
1993-cü ilin oktyabrından 1995-ci ilin fevralınadək 172 saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunub, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak edib. 
 
1995-ci il 22 martdan - 1995-ci il 26 aprelə qədər Müdafiə Nazirliyinin şəxsi heyətlə iş üzrə idarəsinin rəis müavini olub.
 
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə Nazirinin müavini, Müdafiə Nazirliyi hərbi siyasi idarəsinin rəisi təyin edilib.  
1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan ordusundan tərxis olunub.
 
Hal-ha­zırda hərbi təqaüdçüdür.
 
1994-cü il 5 oktyabrda Azərbaycan Respublikası Preziden­ti­nin fərmanı ilə Gəncə şəhərində dövlət çevrilişi cəhdinin qarşısının alınmasına rəhbərlik etdiyinə görə  “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
 
1995-ci il mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtın­dan əvvəl polkovnik hərbi rütbəsi ilə təltif olunub.
 
1999-cu il sentyabr ayından Ehtiyatda Olan Zabitlərin Konfederasiyasına üzv olub. 2000-ci ilin dekabrından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin sədri seçilib və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qəbul edilib.
 
-Mehman müəllim, sizin hərbçi bioqrafiyanızın ilk ən maraqlı və əhəmiyyətli səhifəsi,  səhv etmirəmsə, 1987-ci ildən, artıq xarici güclər, o cümlədən keçmiş SSRİ-nin “KQB” və “QRU”-su tərəfindən qondarılmış Qarabağ münaqişəsinin başlandığı ərəfədə Ermənistanın Gümrü şəhərindəki tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etdiyiniz dövrlə bağlıdır.  Ermənilərlə əvvəlcə münasibətlər necə idi? Nə vaxtdan hiss etdiniz ki, artıq erməni azərbaycanlı münasibətləri qızışdırılır?
-İlk vaxtlar erməni zabitlərlə və mülki ermənilərlə münasibətlərdə elə bir problem yox idi. Hətta tabeliyimdəki, məndən aşağı vəzifə və rütbəli erməni zabitlər hər vasitə ilə mənə yarınırdılar. Öncəki açıqlamalarımdan birində dediyim kimi, ermənidən yaxşısı yoxdur, amma gərək sən onun rəisi olasan...
 
Amma 1988-ci ilin əvvəllərindən  vəziyyət tədricən gərginləşməyə başladı. Artıq müəyyən qruplar mülki erməni əhalisi ilə azərbaycanlılar arasında münasibətləri gərginləşdirirdilər. Sumqayıt hadisələrindən sonra isə durum daha da kəskinləşdi. 1988-ci ilin, səhv etmirəmsə, yazında  məni Ermənistanın Amasiya rayonuna komendant təyin etdilər.  Orada azərbaycanlılar çox olduğuna görə komandanlıq hesab edirdi ki, mən onlarla dil tapıb sakitlik yarada bilərəm... Soydaşlarımızın ciddi təhlükə altında olduğunu görüb onlara hər vasitə ilə dəstək, kömək verməyə başladım. Bunu  hansı yollarla etdiyimi həmin vaxt Amasiyada yaşamış azərbaycanlılar yaxşı bilir... Bir müddət sonra  ermənilər məndən komandanlığa şikayət elədi ki, guya mən burada millətlərarası münasibətləri qızışdırıram... Başa  düşdüm ki, bunu daim azərbaycanlı kəndlərinə hücum edən erməni ekstremist və “bayevik”ləri   təşkil ediblər... Həmin şikayətlə bağlı  Tiflisdən  Zaqafqaziya dairəsinin komandan müavini olan bir general gəldi. Diviziya komandirinin otağında mənimlə söhbət etdilər... Və  bir erməni üzümə durdu ki, cənab general, bax, budur, bizimlə azərbaycanlıların arasını qızışdıran… Nəticədə  1989-cu ilin fevralında mənim iş yerimi Gəncəyə dəyişdilər...  Onu da deyim ki, artıq 1988-ci ilin payızına qədər Gümrüdəki  diviziyada xidmət edən azərbaycanlı zabitlərin və 70-dən çox əsgərimizin oradan sağ-salamat Azərbaycan Respublikasına gəlmələrini təmin etdim. Həmin soydaşlarımız bu günədək məni unutmur və hər görüşəndə, zəngləşəndə onların həyatlarını xilas etdiyimə görə minnətdarlıq edirlər... 
 
Ancaq artıq 1989-cu ilin qışında axırıncı azərbaycanlı hərbçi olaraq özümün də  Ermənistandan sağ-salamat çıxmağım  çətinliklə başa gəldi, bunun üçün bir əməliyyat qurmağa məcbur oldum. Elə təəssürat yaratdım ki, Gürcüstana gedəcəm, ancaq Qazaxa gəlib çıxdım... Gəncədə 130-cu tank alayının komandirinin siyasi işlər üzrə müavini işləməyə başladım...
 
-1990-cı ilin qanlı Yanvar qətliamı zamanı harada idiniz? Nələrin şahidi oldunuz?
 
-Yanvar faciəsi zamanı hələ Gəncədə idim. Hadisələrdən əvvəl burada azərbaycanlı zabitlərdən ibarət milli birlik yaratmışdıq. Həmin qurum vasitəsilə  rayon rəhbərliyi və xalq fəallarıyla əlaqəli şəkildə vəziyyətə nəzarət etməyə  çalışırdıq... Gəncədə də ermənilər   kompakt şəkildə yaşayırdı. Ona görə də hiss olunurdu ki, Moskvadan göndərilmiş xüsusi xidmət əməkdaşları  həm onlara, həm də sovet hərbi hissələrinə qarşı təxribatlar təşkil etməklə burada da azərbaycanlılara qarşı Bakıdakı kimi kütləvi qırğın törətməyə çalışırlar. Bu məqsədlə Gəncəyə də sırf ordu hissələrindən əlavə  Krasnodar, Stavropol və Rostovdan  aralarında ermənilər də olmaqla kazaklardan ibarət muzdlu birləşmələr yeridilmişdi.  Yadımdadır ki, aeroportdan diviziya ərazisinə  30-a yaxın hərbi “ZİL” maşınla belə birləşmələr gətirdilər. Əsl hərbçiyə qətiyyən  bənzəməyən bu kobud rəftarlı, saqqallı məxluqlar günlərlə bolluca yemək, spirtli içki və s. ilə bəslənərək qırğın üçün hazırlanırdılar...  Lakin biz ayıq tərpənərək təxribatların qarşısını aldıq.  Bir dəfə xeyli aqressiv adam diviziyaya hücum etməyə çalışdı. Artıq  pulemyotlar düzülmüşdü, içəri girənlər güllələnəcəkdi. Biz azərbaycanlı zabitlər camaatın qarşısına çıxdıq, mən şəxsən diz üstə çökərək yalvardım ki, geri dönün, bundan istifadə edib hamınızı qıracaqlar... Yaxşı ki, insanlarımız bizi eşitdi və düşmən təxribatı baş tutmadı... 
 
-Bəs Bakıdakı sovet diviziyasındakı xidmətinizdən hansı əsas məqamlar yadda qalıb?
 
-Bakıya 1990-cı ilin sentyabrında gəldim və diviziya komandirinin siyasi işlər üzrə müavini işləməyə başladım.  O dövrdə xalq fəallarıyla birgə müxtəlif yollarla hərbi hissələrin anbarlarından silah əldə edib Qarabağa yollamağa çalışırdıq. Bəzən bunu imkanlı soydaşlarımızın topladığı maliyyə hesabına da edirdik... Diviziya komandiri Antonovla razılaşırdıq. Pulu ona sonradan Azərbaycan Müdafiə Nazirliyində məsul vəzifələrdə olmuş o zaman  diviziyada kəşfiyyat taborunun qərargah rəisi işləyən Mudrak verirdi. Komandirlə şərikinə işləyirdilər. Məsələn, danışırdıq ki, gecə saat 3-də Üçtəpə poliqonundakı anbardan maşın çıxacaq. Anbarın mühafizəsindəki əsgərlərlə yalançı döyüş imitasiyası yaradıb onları tərksilah edirdik. Sonra da silah-sursatı maşınlara yığıb Şuşa, Laçın, Qubadlı, Kəlbəcərə və s. daşıyırdıq...
 
- Milli Ordumuzun yaradılması haqda qərar verildikdən sonra siz də bu işdə iştirak etdinizmi?
-Bəli, təbii ki. Əlimdən gələni etdim... 1991-ci il yayında - artıq  o vaxtkı prezident Ayaz Mütəllibov Milli Ordu yaradılması haqda qeyri-rəsmi qərar verəndən sonra Ali Sovetin sədri rəhmətlik Elmira Qafarova köməkçisi Cahangir Nəcəfovla birgə diviziyaya gəldi, komandirlə görüşdülər. Onlarla xeyli söhbət etdik. Bir müddət sonra Cahangir müəllim məni görüşə çağırdı və dedi ki,  Elmira xanım xahiş edir ki,  Milli Ordunun yaranması haqqında qanunun hazırlanmasında bizə kömək etsin.  Məmnuniyyətlə razılşadım. 1991-ci ilin  avqustunda məzuniyyətə çıxdım və parlament binasının 11-ci mərtəbəsində mənə verilmiş otaqda işləməyə başladım. O zaman Ali Sovetdə hüquq şöbəsinin müdiri işləyən Şahin Əliyevin rəhbərliyi ilə İlqar Qurbanov, Niyazi Səfərov adlı əməkdaşlar da mənə kömək edirdilər. Sonradan ilk Müdafiə nazirimiz general  Valeh Bərşadlı rəhmətlik Şikar Şikarovu da mənə dəstək vermək üçün göndərdi...
 
Xülasə, qanunu hazırladıq. İndi, bunu parlamentdə təqdim etmək lazım idi. Hələ sovet diviziyasında işləyirdim və belə işlərimə görə məni işdən qova bilərdilər. Ancaq  risk etmək qərarına gəldim. Və  oktyabrın 9-da özüm Silahlı Qüvvələr haqqında ilk qanunu Ali Sovetdə müzakirəyə çıxardım və nəhayət, həmin qanun qəbul olundu. Qanunun müzakirəsi zamanı maraqlı bir məqam oldu.  General Timoşenko deputat idi. Birdən ayağa qalxdı ki, "siz nə ordu yaradacaqsınız,  siz nə bilirsiz ki, ordu nədir. Sadəcə, bir misal gətirəcəm. Silahlı Qüvvələr haqqında qanun qəbul edirsiz, amma bilmirsiz ki, həmin qanundan öncə Hərbi And qəbul olunmalıdır"... Gördüm ki, bunu eşidən kimi Elmira xanım bir az pərt oldu.  Dedim ki,  Elmira xanım, Timoşenkonun iradı düzdür, Hərbi Andımız da hazırdır, lakin kabinetdə qalıb, fasilədən sonra deputatlara çatdırarıq. Cəmi 40-45 dəqiqəlik fasilə ərzində yenə də adını çəkdiyim hüquqşünaslarla birgə Hərbi Andı tərcümə edib Azərbaycan dövlətinə və ordusuna uyğun şəkildə  hazırladıq və dərhal çoxaldıb zaldakı bütün deputatların masalarına qoyduq.  Beləliklə, Silahlı Qüvvələr haqqında Qanun qəbul edildi və Milli Ordumuzun təməli rəsmən qoyulmağa başlandı...
Bundan sonra diviziyada komandanlıq məni separatçılıqda ittiham etdi və barəmdə cinayət işi qaldırıldı. Artıq məni sovet zabiti kimi hərbi trubunala verməyə hazırlaşırdılar. Bundan xəbər tutan rəhmətlik Elmira Qafarova diviziyaya gəldi və komandir Antonovla söhbət edib  mənim həbs olunmağımın qarşısını aldı...
 
(Davamı var)
 
İlk müdafiə naziri  general  Valeh Bərşadlı necə oldu ki, qısa müddətdə vəzifəsindən  azad edildi?
 
Baş Qərargahın keçmiş rəisi Şahin Musayevlə həmin qurumun sonrakı rəisi Nəcməddin Sadıqov arasında əlaqə var idimi? 
 
O vaxtkı Müdafiə naziri Rəhim Qazıyevin Şahin Musayev və Nəcməddin Sadıqokovla münasibəti necə idi?
 
Nəcməddin Sadıkova süni nüfuz qazandırılmasında o zaman neft-yağ zavodunun direktoru olan eks-spiker Rəsul Quliyevin hansı rolu olmuşdu?..
 
Bu və digər suallara cavabları  sabiq nazir müavini, polkovnik Mehman Səlimovla müsahibənin davamında öyrənə bilərsiniz.
 
Moderator.az-ı izləyin!
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 11:58
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 11:58
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”