Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda yeni salınmış park ərazisində Təbiət Tarixi Muzeyi yaradılacaq.
Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bununla bağlı müvafiq hazırlıqlara başlayıb.
Sözügedən işlərin icrasına 25.3 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb. Qeyd edək ki, yeni salınmış park paytaxtın Ceyhun Hacıbəyli küçəsində yerləşir.