"Deyirlər nikbinlik informasiya azlığından irəli gəlir, buna görə çox bilməyi tərcih eləmirəm..."
Maraqlı
Oxunub: 4735
08 Dec 2022 | 18:33

Onunla söhbətimiz yumoristik üslubda alındı, suallar da, cavablar da zarafatla deyilən ciddiyyət idi. 

Müsahibimiz Əməkdar artist Dilarə Əliyevadır.

- Dilarə xanım Benjamin Barton kimi ildən-ilə gəncləşirsiz...

- Üzərimdə işləyirəm. İndi durub deyəcəm ürəyimin gözəlliyi üzümə vurur və daha nələr nələr, adama deyərlər əşi get... (gülür). Ancaq işimlə məşğulam, bir az yeməyimə fikir verirəm. Ən geci saat 11-də yatıram. Həm tezdən dururam, həm beynim yorulur, bütün günü yazıram, pozuram, əzbərləyirəm. Ona görə yuxu rejimi vacibdir. Yaradıcı insanlarda səbəbsiz gərginlik var. Beynim daim məşğul olur. Hətta əlimdə iş olmasa belə, beynimdə nəsə var. Bəzən düz olmayan anda kimsə nəsə deyir, dönüb baxıram, amma heç nə görmürəm. Yaradıcı adamlarda doğmağa hazırlaşan qadınların kürlüyü olur, səbəbsiz kürlük, aqressiya. Doğuş sancısı kimi gəlir yaradıcılıq. Ona görə, ətrafımız düzgün olmalıdır ki, ovqatımızı tuta bilsinlər. Bu da asan deyil.

- Üstəlik işinin adı güldürmək olan adamlara daha çətin olar yəqin. Proqramdan, səhnəyə çıxmazdan öncə nəyəsə kədərlənmisiz, əsəbləşmisiz, amma gülüb güldürməlisiz. Belə hallar olur?

- Ola bilər nədir? Hər dəfə olur. Biz nə qədər komediya filmi çəkmişik, hamısını ağlaya-ağlaya çəkmişik (gülür). Mənim problemimin tamaşaçıya dəxli yoxdur. Komediya janrı hədsiz ciddilik tələb edir ki, səni ciddi qəbul eləsinlər, yuxarıdan aşağı baxmasınlar. İllər boyu çalışa-çalışa bir yerə gəlib çatmışam, bunu qoruyub saxlamaq da lazımdır. Səhnəyə çıxınca hər şey pərdə arxasında qalır, bu illərin gətirdiyi təcrübə ilə olur.

- Məncə gözəl yumor intellektual adamların işidir. Sizcə zarafat nədir? Tərifini necə verərdiniz?

- Çox doğru dediniz. Zəka etibarilə daha dərin insanlar intellektual zarafat etməyi bacarırlar. Zarafatı yerində deməlisən. Yerində deyilməyən zarafat davaya, incikliyə səbəb ola bilər. Zarafat da pərdəlidir. Zarafatı götürmək söz götürmək deyil, bu anlayışdır, zarafata gülmək qeyri-ciddi olmaq deyil, bu bir davranışdır. Elə adam var gülə bilmir. Lətifəni ona tərcümə ilə danışmalısan. İşi zarafat olanın bəzən özü zarafatcıl olmaya bilir. Zarafatla borc ödəyən, ailə dolandıranlar var amma onların kiməsə zarafat borcu yoxdur. Riyakarlıq və kobudluq etməmək şərti ilə xoşuma gəlməyən şeyləri ehmalca, sarı simlə, zarafatla çatdıra bilirəm. Əsas odur ki, həddini biləsən, harada dayanmaq lazımdır, onu biləsən. Bu əsas şərtdir.

- Sizə zarafatla tikanlı söz deyiləndə inciyirsiz?

- Çalışıram o həddə gətirməyim. Zarafatın həddi var. Hər kəslə icazə verdiyi qədər söhbət edirəm. Ölçü hissim var. Ola bilər vaxtında ölçünü qaçırmışam, amma öz səhvlərimdən öyrənmişəm. Zarafat xoşuma gəlməyəndə gülə-gülə yola verirəm. Gücüm özümə çatır. Mənə qarşı xətaya yol veriləndə günahı özümdə axtarıram. Deyirəm, niyə buna yol verdim? 
 
- Hamıyla yola gedirsiz? Deyirlər kaprizli xanımsınız...

- Kaprizli yox, məsuliyyətliyəm. İşlədiyim ortamda maksimum komfort yaradıram. Dediyimi edə bilmirlərsə, özüm eləməyə çalışıram. Bir maraqlı söz var. Hər tanış adam olduğun adamı özün kimi bilirsən, sonra görürsən ki, yox bu yaxşı adam imiş (gülür). Mən həyata çəhrayı eynəklə baxıram. Deyirlər nikbinlik informasiya azlığından irəli gəlir, buna görə çox bilməyi tərcih eləmirəm ( gülür). Fəlsəfi mübahisələrdə uduzmağı sevirəm, çünki çox şey öyrənmiş oluram. Həyatımdakı xoş-naxoş hər şey təcrübədir. Tanrı insanı bundan sonra baş verəcək hadisələrə hazırlayır peyvənd vurur, kodlaşdırır, immunitet yaradır.

- Deməli başımıza nəsə pis iş gəlibsə, hələ bundan da betəri olacaq? 

- Bəli, pis gün qurtardı, qaldı lap pis günlər. Zarafat edirəm. Zaman su kimi axıb gedir, ilişib qalmamalısan. Hər şeyin bir dərmanı var, o zamandır. Zamanı ala bilməzsən, tutub saxlaya bilməzsən. Gedəndə də özüylə çox şey aparır. Yaraların izi qalsa da, daha qanamır.

- Başqalarının yumor proqramlarından  faydalanırsınız?

- Yox. Sadəcə insanları müşahidə edirəm. İnanılmaz dərəcədə müşahidəçiyəm. Hətta yerişinə əsasən, insanın xarakterini də deyə bilərəm. Adam var onu barmağı çəkib aparır, adam var burnu. Adam var özü-özünə yükdür. İnsanların yerişlərini təkrarlamaq qabiliyyətim əlahiddədir. Yerişləri təqlid eləyirəm. 

- Dilarə xanım, yaman baldız obrazları sanki üstünüzə biçilib. Harda öyrənmisiz bu baldızlığı?  Obrazlarınızda siz Dilarənin xarakterindən nə qədər var? 

- Açığı canımda da az deyil. Hər obrazımda Dilarədən nəsə var. Hərdən deyirəm ki, yaxşı ki, aktrisa olmuşam. İnanın, hərdən səsimi başıma atıb aləmi qatıb-qarışdırmaq, qarşımdakına dişimin dibindən çıxanı demək istəyirəm. Yığılır qalır içimdə. Mədəniyyətim yol vermir. Allahdan elə bir rol verirlər, kirimi, tozumu hirsimi, hikkəmi çırpıb çıxıram. Əsas odur içimdən çıxarıram.

- Bu xasiyyətlə kim kimə dözür? Siz Oqtaya, ya Oqtay sizə? İki qoçun başı bir qazanda necə qaynayır?
 
- Səhnədə olan aktrisanın həyat yoldaşı anlayışlı olmalıdır. Oqtay mənim cek-potumdur. O mənim gərginliyimi anlayır. Qıraqdan belə görünür çəkildin getdin. Amma o çəkilişə qədər mən və ətrafım nələr çəkir, kimsə bilmir. Mütaliə eləməsəm, informasiya almasam, yenilənməsəm, üzərimdə işləməsəm, olmaz. Bütün dünya eyni şeyə kədərlənə bilər amma eyni şeyə gülə bilməz. Zarafatın modası da ildən ilə dəyişir. Evdə özünü güclü göstərməyi sevmirəm. Qışqırmaq, güclü görüntüsü altında gizlənmək zəiflərin işidir. İntellekti olan adamlar qışqır-bağır eləmirlər. Evdə xarakter göstərmirəm. İnsan sahib olduqlarından vaz keçə bilər, aid olduqlarından heç vaxt. Aid olduğum yerdə kimsəni incitmərəm, xoş şərait yaradıram ki, mənsiz darıxsınlar. Bilsinlər ki, mənsiz olmaz. Nə olur olsun, orda Dilarə olsun desinlər. 

- Bütün günü ora-bura qaçırsız, qaynayırsız. Bu qaynayan xanımın evdə özü qazan qaynadır?

- Mənim bir vaxtlarım olub, indi beş dəqiqə vaxtım yoxdur (gülür) Yox, qazan qaynatmağa vaxtım yoxdur. Köməkçim var. Gərək ya o işi görəm, ya da bu işi.

- Bir müsahibənizdə demişdiniz ki, Oqtay Əliyevi yuxuda görüb, sonra tanış olmusunuz. Belə çıxır ki, o Cek Pot deyil, sizə buta verilib...

- Möcüzə kimi görünsə də, bu həqiqətdir. Nişan konfetini dişlədim, yatdım, yuxuda onu gördüm. Bir müddət sonra universitetdə qarşıma çıxdı. 18 yaşımda ailə qurdum. Əslində həyat elə başdan – başa möcüzədir. Bəzən xoşbəxtliyi uzaqlarda axtarırıq, amma düşünmürük ki, nəfəs almağımız, danışmağımız elə özü xoşbəxtlikdir. Bir düşünün, birdən bunları edə bilməsək nə hiss edərdik?


 
- Bugünkü Dilarə olmanızda onun rolu nə qədərdir. Sizi Oqtay Əliyev ucaldıb?

 - Onun varlığı mənə meydan verib. Amma istedadı Oqtay verə bilməzdi. Meydanı Oqtay yaradıb, meydanda duruş gətirmək mənim işim oldu. 25 ildir tamaşaçını yormuramsa, mənə baxırlarsa, bu gərgin əməyin bəhrəsidir. 25 ildə bir dəfə ssenarisiz efirə çıxmamışam. İndi çağırsalar çıxıb hansısa bir proqramı apararam, amma etmirəm. Özümə də,  tamaşaçıya da hörmət qoyuram. 

- Ssenarinizi kim yazır?

- Fariz Əliyevlə birlikdə düzüb-qoşuruq. İmprovizələr də olur. Zarafat eləməyi bacarmaq adi şey deyil, bu ruhda, qanda, anadangəlmə olur. Dünya kinosuna baxsanız, barmaqla sayılacaq qədər komediya ustası var. Qadınlar  ümumiyyətlə azdır.

- Üstəlik gözəl görünüşlü xanım komediya ustaları daha azdır. Məsələn türkiyəli Adilə Naşit öz tipajı, görkəmi ilə də güldürürdü...

- Çox gözəl vurğuladınız. Komediya ustaları çox zaman tipajları ilə uğur qazanırlar. Bu onların avantajıdır. Ağzını açmasa da, güldürürlər. Bir də var, intellektinlə, söz hesabına  gülüş yaradasan. Mənim xarici görünüşümdə güldürəcək heç nə yoxdur. Burda səs, nəfəs, duyum rol oynayır. Zarafatı çürütməməlisən, dadı-duzu qaçmamalıdır. Tipaj deyilsənsə, dizini yerə  qoyursan. 

- Sizi toylara, şənliklərə dəvət edirlər?

- Edirlər getmirəm. Mənlik deyil, danışıramsa gərək dinləyələr, mən danışacam, kimsə rəqs edəcək. Kimsə yemək yeyəcək, götürmərəm bunu. Hansısa məclisə qonaq gedirəm, məcbur edirlər ki, bir az danış gülək. Anlamırlar ki, bu ruh halıyla olur. Deyirəm, iş vaxtım bitib. Bəzi məclislərdə ağzımı bıçaq açmır. Arxayın olmadığım ortamda açıla bilmirəm. Ona görə ətrafım məhduddur. Çünki öz xarakterimi bilirəm. 

- “Məhəllə”də Lenini yaman dil deyib ağlamışdınız. Ağlaşma qurmağı haradan öyrəndiniz? 

- İlk dəfə idi ağlaşma qururdum. İnanın o səhnə 10 dubla çəkilib. Gülə-gülə ağladıq Leninə. “Məhəllə” tipli kommersiya filmləri böyük mənada bədii film deyil. Bunlar insanlara xoş ovqat vermək üçün görülmüş işlərdir. Mən bədii həlli daha yüksək olan peşəkar  filmlər görmək istərdim. Biz indi şapalaqla üz qızardırıq, biri evini, biri maşınını satır, film çəkir. Batan filmlər də olub, bu  kinoteatrların filmlərə şərait yaratmamasından irəli gəlir. Film çəkirsən, biri götürür, biri götürmür. Biri yalnız xarici filmlərə şərait yaradır. Hesab edirəm ki, bizə öz səhvlərimiz göstərən, öz filmlərimiz lazımdır. Kinoteatrlar özəl filmləri ürəyindən vururlar.

- Nə problem yaradırlar?

- ”Park sinema”nın götürdüyü filmi “Sinema plus” götürmür. Cəmi 7 kinoteatr var. Bu qədər xərc çəkirsən, 2 kinoteatrda verilir, o da naz edir. Əlbəttə kassa toplaya bilməyəcəksən. Bu yandan da bədii filmlər çəkilmir. Aktyorlar qocalır, oynaya biləcəyi rollar üçün yaşı, zamanı keçir. Bu gün baş qəhrəman oynayası gənclər, 10 il sonra xala, dayı rolunda oynamalı olur. Bədii film çəkilişi sahəsində axsayırıq. Qoy zəif olsun, beşindən üçü işə yaramasın, amma olsun, zamanla öyrənəcəyik.

- Axı bir kino tariximiz var...

- O dövr bitib. Durğunluq yaşanır.

- Yeni hansı filmdə çəkilmisiniz?

- Dekabrın 29 da “Park sinema”da filmimiz olacaq. Hələ indiyə qədər kino tariximizdə belə bir film olmayıb. Fariz Əliyevin kamera, dram janrında filmidir. Dünyanın 18 ölkəsində çəkilib. Azərbaycan variantıdır. Kino aləmimizi lərzəyə gətirəcəyinə inanıram. Motiv belədir. Bir oyun oynayırıq. Hamının yanında telefonunuza gələn  bütün mesajları oxumalı, hamıya cavab verməliyik. Saat yarımlıq film izləyicini bir an belə gərginlikdən buraxmayacaq. Hadisə hadisəni qovur. Bu filmi çəkərkən hamımız bir evdə yaşadıq ki, atmosferi hiss edək. Film 7 aktyorun oyunu üzərində qurulub. Filmin ötürmək istədiyi mesaj budur ki, bir insandan demək istəmədiyi mətləbi almağa dəyməz. Biz hamımız hər həqiqəti eşitməyə hazır deyilik.

- Eyni evdə yaşayarkən, bir-birinizin yanında telefonları aça bildiniz?

- Biz elə öz telefonlarımıza oynadıq. Filmdə baş verənləri təkrarlamağa çalışmayın, təhlükəlidir (gülür). Filmdə ən sonda məlum olur ki, biz bu oyunu oynamasaydıq, hamımız mələk kimi adamlar idik.

- Komediya janrında tanınan aktrisalardan kimi bəyənirsiniz?

- Sandra Baloku çox bəyənirəm, onun obrazlarında özümü təsəvvür edirəm. Türkiyəli aktrisa Ezgi Molanı sevirəm. Oyun tərzi möhtəşəmdir. Fərqli planlara oynayır. Bunu bacaran aktrisa asdır. Bizimkilərdən başda kraliçamız Afaq Bəşirqızını, Xəyalə Quliyeva, Tünzalə Əliyeva, Xuraman Əlizadə, Ülviyyə Əliyeva, Zarina Qurbanovanı qeyd edərdim.(lent.az)

Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı