Santa-Klaus haqqında həqiqəti uşaqlara açan yepiskop qalmaqala səbəb oldu...
Maraqlı
2253
11 Dec 2021 | 11:09

Santa-Klaus haqqında həqiqəti uşaqlara açan yepiskop qalmaqala səbəb oldu...

 

İtaliyada yerli yepiskop Antonio Stalyano dini festival zamanı uşaqlara Santa-Klausun mövcud olmaması ilə bağlı həqiqəti açıqlayıb və qalmaqala səbəb olub.

 

Moderator.az bildirir ki, bu barədə New York Post nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Stalyano uşaqların qarşısında çıxış edərkən Santa-Klausun olmadığını, onun kostyumunun isə Coca-Cola tərəfindən reklam xatirinə  icad edildiyini bildirib. Valideynlər yepiskopdan şikayət ediblər və Siciliyadakı Roma-katolik yeparxiyası ictimaiyyətdən üzr istəməli olub.

Yeparxiya nümayəndəsi öz Facebook səhifəsində yazıb: "İlk növbədə yepiskop adından balacaları məyus edən bu bəyanatdan təəssüflənirəm və qeyd etmək istəyirəm ki, monsenyor Stalyanonun niyyəti tamamilə fərqli olub". Onun sözlərinə görə, yepiskop Milad bayramının əsl mənasını açıqlamağa, kasıblara hədiyyə paylayan və Roma imperatoru tərəfindən təqib edilən Müqəddəs Nikolayın hekayəsini çatdırmağa çalışıb. Bəziləri katolik Milad anlayışına diqqət yetirdiyinə görə yepiskopu dəstəklədiyini bildirsə də, çoxları onu uşaqlığı onsuz da pandemiya qadağaları ilə məhdudlaşmış balacalara qarşı sərt münasibətdə günahlandırıb.

 

Miraslan

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər