Ağstafada məktəbdə QAN TÖKÜLDÜ
Kriminal
333
10:18, Bu gün

Ağstafada məktəbdə QAN TÖKÜLDÜ

Ağstafada bıçaqlanma hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadla bildirir ki, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb.
 
Məktəbin şagirdi 14 yaşlı U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
 
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər