332
12:45, Bu gün

"Gecə hücumları və dağıntılar: Ukrayna və Rusiyada mülki itkilər artır" - Ukrayna KİV-ləri

 
"Dron zərbələri yaşayış binalarını, nəqliyyat infrastrukturunu və sənaye obyektlərini hədəfə alır..."
 
Aprelin 23-nə keçən gecə Rusiya qüvvələri Ukraynanın Dnepr şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
 
Moderator.az xəbır verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.
 
Mülki ərazilər yenə zərbə altında
 
Məlumatda deyilir ki, zərbə çoxmərtəbəli yaşayış binasına dəyib və nəticədə iki nəfər həyatını itirib, azı səkkiz nəfər yaralanıb. Yaralılar arasında 9 və 14 yaşlı iki uşaq da var. Onlar xəstəxanaya yerləşdirilib, digər yaralıların vəziyyəti isə orta ağır qiymətləndirilir.

Eyni gecə müxtəlif şəhərlərdə də partlayışlar və yanğınlar qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində yaşayış infrastrukturu zədələnib, bəzi sakinlər isə itkin düşmüş hesab olunur.
 
Nəqliyyat infrastrukturu da hədəfdə
Həmin gün Rusiya dronları Ukraynanın Jitomir vilayətində mülki nəqliyyat infrastrukturuna da zərbə endirib. Vilayət rəhbərliyinin bildirdiyinə görə, hücum nəticəsində bir qadın həlak olub. Hadisə yerində xilasedicilər, təmir briqadaları və hüquq-mühafizə orqanları fəaliyyət göstərir.
 
Son dövrlərdə bu cür hücumlar sistematik xarakter alıb. Dəmir yolu obyektləri, qatarlar və vağzallar dafələrlə hədəfə çevrilib. Buna görə təhlükə zamanı qatarların əvvəlcədən dayandırılması və sərnişinlərin təxliyəsi kimi yeni qaydalar tətbiq olunmağa başlanıb.
 
Sızranda bina uçub: səbəblər mübahisəlidir

Digər tərəfdən, Rusiyanın Sızran şəhərində də faciə baş verib. Samara vilayətində yerləşən şəhərdə çoxmənzilli yaşayış binasının bir hissəsi uçub. Hadisə nəticəsində iki nəfər ölüb, 11 nəfər, o cümlədən uşaqlar yaralanıb. Dağıntılar altından bir neçə nəfər xilas edilsə də, axtarış-xilasetmə işləri davam edir.
 
Rəsmi açıqlamalara görə, hadisə yaxınlıqdakı neft emalı zavoduna yönəlmiş dron hücumundan sonra baş verib. Lakin bəzi mənbələr binanın HHM sistemlərinin fəaliyyəti nəticəsində zədələndiyini iddia edir. Bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib. Ümumilikdə, son hadisələr göstərir ki, müharibə getdikcə daha geniş coğrafiyada mülki obyektləri və insanları birbaşa təsir altına salır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər