Bizi sosial şəbəkələrdən izləyin:
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, Kürdəmir rayonunun Şüşün, Qaramahmudlu, Sovla, Köhünlü və Söyüdlər kəndlərində 400 hektardan çox əkin sahəsi su altında qalıb.
Sakinlər bildirirlər ki, günlərdir öz imkanları ilə suyun qarşısını almağa çalışsalar da, səviyyənin yüksəlməsi buna imkan vermir.
"Səkkiz hektar yerim var, böyük xərc çəkmişəm, amma indi hamısı suyun altında qalıb. Qarşısını ala bilmirik", - deyə zərərçəkənlərdən biri söyləyib.
Oxşar vəziyyət Sabirabad rayonunda da qeydə alınıb. Ulacalı kəndində ponton körpünün giriş hissəsi su altında qaldığından nəqliyyatın hərəkəti dayandırılıb.