İdman
215
13:20, Bu gün

"Qarabağ"la gərgin kubok matçı "Sabah" üçün əlamətdar olub

"Sabah" futbol klubu Azərbaycan Kuboku çərçivəsində öz meydanında yubileyə imza ataraq 20-ci qolunu rəqib qapısından keçirib.
 
Moderator.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi üçün bu əlamətdar topun müəllifi Velko Simiç olub.
 
O, yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"la baş tutan gərgin cavab qarşılaşmasında (2:1) fərqlənərək hesabda tarazlığı bərpa edib.
 
Bu nəticə ilə Bakı klubu ölkə kuboku tarixinə öz meydanında 20 və daha çox qol vuran 30-cu komanda kimi adını yazdırıb. Ümumilikdə 13-cü ev görüşünə çıxan "Sabah" matçın gedişatında qol sayını 21-ə yüksəltməyi bacarıb. Hazırda komandanın bu turnirdəki orta məhsuldarlığı 1.62 təşkil edir.
 
Qeyd etmək lazımdır ki, turnir tarixində ev oyunlarında ən çox qol sevinci yaşayan komanda "Qarabağ"dır. Ağdam təmsilçisi doğma azarkeşləri önündə düz 193 dəfə fərqlənməklə mütləq rekordun sahibidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər