Laçının sənaye müəssisələri: Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - VİDEO
İqtisadiyyat
157
15:28, Bu gün

Laçının sənaye müəssisələri: Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - VİDEO

"Zerti Aqrosənaye Parkı fəaliyyətə başladığı gündən burada çox sayda müəssisə istifadəyə verilib".
 
Baku TV-nin xəbərinə görə, bu barədə Laçın Abadlıq Xidmətinin direktor müavini Elnur Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, 2023-cü ilin mayından fəaliyyət göstərən sənaye parkında "Tingçilik", "Seleksiya mərkəzi", "Latifa" tikiş fabriki, "Naxış tikiş evi", "Aydınoğlu" mebel fabriki və digər müəssisələr fəaliyyətə başlayıb.
 
"Müəssisələrdə çalışanlar, əsasən, yerli sakinlərdir. Gələcəkdə daha bir neçə müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda Laçındakı fermer təsərrüfatlarından məhsulların tədarükü həyata keçirilir. Həmçinin Laçında "Can Laçın" markası ilə orqanik məhsul istehsalı davam etdirilir", - deyə E.Abdullayev qeyd edib.
 
Müəssisənin nəzarətçisi Namiq Haqverdiyev isə bildirib ki, təsərrüfatda Türkiyə, Fransa, Cənubi Afrika və Qazaxıstan kimi ölkələrdən gətirilən beş növ keçi və 15 növ qoyun bəslənilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər