Sumqayıtda rəssam yaşadığı binanı sənət əsərinə çevirdi - VİDEO
187
08:05, Bu gün

Sumqayıtda rəssam yaşadığı binanı sənət əsərinə çevirdi - VİDEO

Baku TV əməkdaşları Sumqayıtda yerləşən yaşayış binasından videomaterial hazırlayıblar. Binadakı müxtəlif rəsmləri yaradan şəxs həmin binada yaşayan rəssam Elxan Ağayevdir.
 
"Fikirləşdik ki, bizim blokumuz fərqlənməlidir və hamının zövqünü oxşadı, hamının marağına səbəb oldu. Ən əsası da blokun təmiz qalmağını fikirləşib belə bir addım atdım. Nəticəsi də göz qabağındadır".
 
Binanın digər sakinləri isə çəkilən rəsmlər barədə təəssüratlarını belə ifadə ediblər:
 
"Bu rəsmləri görəndə ürəyimiz açılır".
 
Rəssam E.Ağayev bildirib ki, çəkilən bu rəsmlər digər bloklarla rəqabətə səbəb olub:
 
"Gözləyirik yay gəlsin. Blokdan kənara çıxmaq fikrimiz var. Bu, rəqabətə səbəb olub. Digər blokların sakinləri də istəyir ki, onların da blokları belə gözəl olsun".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər