ÇL-də final: PSJ çempion oldu
İdman
161
30 May 2026 | 23:16

ÇL-də final: PSJ çempion oldu

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.
 
Moderator.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.
 
Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb.
 
Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.
Link kopyalandı!
Son xəbərlər