Mourinyo indidən
İdman
152
16:20, Bu gün

Mourinyo indidən "Real" üçün transferlər seçib

“Real Madrid”in mümkün gələcək baş məşqçisi Joze Mourinyonun komandaya kimləri transfer etmək istədiyi məlum olub.
 
Moderator.az xəbər verir ki, 63 yaşlı portuqaliyalı mütəxəssis “Real”ın mərkəz müdafiəçisi mövqeyinə böyük transfer etməsini, həmçinin sağ cinah müdafiəsinə Trent Alexander-Arnoldu əvəz edə biləcək futbolçu cəlb etməsini istəyir.
 
Bundan əlavə, bildirilir ki, Mourinyo 2025/26 mövsümünü icarə əsasında “Lion”da keçirən Endrikin komandada qalmasının tərəfdarıdır. O, 19 yaşlı braziliyalını hücumçu kimi istifadə etməyi planlaşdırır.
 
Xatırladaq ki, bundan əvvəl Mourinyonun artıq Madrid klubu ilə müqavilə imzaladığı barədə xəbərlər yayılmışdı. Rəsmi açıqlamanın isə iyunun 7-də keçiriləcək “Real Madrid”in prezident seçkisindən sonra verilməsi gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər