İdman
208
17:40, Bu gün

"Mançester Yunayted"də unudulan Altay Bayındır Superliqaya qayıdır

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Altay Bayındırın komandanı tərk edəcəyi gözlənilir.

Moderator.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu 28 yaşlı qolkiperi öz heyətinə qatmaqda maraqlıdır.

Lakin bu transferin taleyi İstanbul təmsilçisinin təyin edəcəyi yeni baş məşqçisinin qərarından asılı olacaq.

Cari mövsümdə İngiltərə nəhənginin heyətində cəmi altı görüşdə şans qazanan Bayındır qapısından 11 top buraxıb. Qapıçı sonuncu dəfə ötən ilin sentyabr ayında meydana çıxıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər