Avrokubok həyəcanı:
İdman
153
13:08, Bu gün

Avrokubok həyəcanı: "Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?

2026/27 mövsümündə Konfrans Liqasında gücünü sınayacaq "Neftçi"nin 26 potensial rəqibindən 11-nin adı artıq məlumdur.
 
Moderator.az xəbər verir ki, paytaxt təmsilçisi qitəmiqyaslı bu mötəbər turnirdə mübarizəyə elə ilk - I təsnifat mərhələsindən start verəcək.
 
Baş məşqçi Yuri Vernidubun rəhbərlik etdiyi komandanın indiyədək dəqiqləşən potensial rəqibləri siyahısında bu klublar yer alır: "Styarnan" (İslandiya), "Europa" (Cəbəllüttariq), "İnter" (Finlandiya), "Yelimay" (Qazaxıstan), "Hegelmann" (Litva), "Penibont" (Uels), "NSİ Runavik" (Farer adaları), "Qlentoran" (Şimali İrlandiya), "Marsaşlokk" (Malta), "Nomme Kalyu" (Estoniya) və "Karnarvon Taun" (Uels).
 
Qeyd edək ki, Konfrans Liqasında I raundun püşkatma mərasimi iyunun 16-da baş tutacaq. Bu mərhələnin qarşılaşmaları isə 9-16 iyul tarixlərində olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər