İran DÇ-2026 ilə bağlı yekun qərarını AÇIQLADI
İdman
197
15:59, Bu gün

İran DÇ-2026 ilə bağlı yekun qərarını AÇIQLADI

İranın milli futbol komandası 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edəcək. Beynəlxalq Futbol Federasiyası (FIFA) idmançıların bütün hüquqlarının tam qorunacağına dair İran tərəfinə rəsmi zəmanət verib.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai məlumat yayıb.
 
"İran millisinin dünya çempionatında iştirakı ilə bağlı qərar Gənclər və İdman Nazirliyinin, eləcə də Futbol Federasiyasının qiymətləndirmələri əsasında qəbul edilib. İki gün əvvəl Türkiyədə Futbol Federasiyasının nümayəndələri ilə FIFA-nın yüksəkvəzifəli rəhbərləri arasında məhsuldar görüş baş tutub. Bizə zəmanət verildi ki, FIFA turnirə ev sahibliyi edən ölkənin qaydalara riayət etməsi üçün əlindən gələni edəcək", - deyə o, mətbuat konfransında vurğulayıb.
 
Xatırladaq ki, mayın 17-də FIFA-nın baş katibi Mattias Qrafstrem Türkiyədə Beynəlxalq Futbol Federasiyası ilə İran Futbol Federasiyasının nümayəndələri arasında səmərəli görüşün keçirildiyini bildirmişdi. Həmin görüşün yekunlarına əsasən, FIFA İran millisinin qarşıdan gələn dünya çempionatında iştirakını gözlədiyini bəyan edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər