İdman
208
12:41, Bu gün

"Neftçi"nin apellyasiya şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Misli Premyer Liqasının XXIII turunda baş tutan "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.
 
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, sözügedən qarşılaşma martın 9-da keçirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər