Azərbaycan millisi Gürcüstana uduzdu
İdman
138
14:25, Bu gün

Azərbaycan millisi Gürcüstana uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
 
Moderator.az xəbər verir ki, milli Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 
Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.
 
Xatırladaq ki, Azərbaycan yığması daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər