Xəzər dənizinin şimal hissəsinin tədqiqi dəniz səviyyəsinin azalmağa davam etdiyini və son illərdə adaların sahəsinin iki-üç dəfə artdığını göstərib.
Bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

"Artıq mövcud olan və yeni yaranan adalarda sahil xəttinin artımı aşkar edilib. Belə ki, məsələn, Xəzər dənizinin səviyyəsinin enməsi və onun şərq, qərb və cənub tərəflərində yeni zonaların dayazlaşması səbəbindən Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb. Həmçinin Tbilisi Bankanın yerində yaranan adanın sahəsində də sürətli artım dinamikası müşahidə olunur və ötən illə müqayisədə üç dəfə böyüyüb", - deyə məlumatda bildirilib.
Tədqiqatlar dəniz səviyyəsinin mütərəqqi azalması tendensiyasını təsdiqləyir.
"Hələ ki bir şey aydındır: dəniz səviyyəsi enməyə davam edir", - deyə ekspedisiyanın rəhbəri, Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov qeyd edib. /oxu.az/