Emin Mahmudov mövsümün rekorduna şərik oldu
İdman
143
13:00, Bu gün

Emin Mahmudov mövsümün rekorduna şərik oldu

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən erkən qollarından biri vurulub.
 
Moderator.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XXXI turun "Neftçi" – "Şamaxı" matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.
 
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb.
 
2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da "Şamaxı" ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər