Azarkeşlərin üsyanından sonra
İdman
165
21:40, Bu gün

Azarkeşlərin üsyanından sonra "Liverpul" geri addım atdı

"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.

Moderator.az xəbər verir ki, klub əvvəlcə gələn mövsümdən etibarən biletlərin qiymətini 3% artırmağı, həmçinin 2027/28 və 2028/29 mövsümlərində inflyasiyaya uyğun əlavə artımlar etməyi planlaşdırırdı.

Lakin rəhbərliyin bu qərarı "qırmızılar"ın azarkeşləri tərəfindən ciddi etirazla qarşılanıb.

Bu gün isə "Liverpul" planlarda dəyişiklik edildiyini bəyan edib. Bildirilib ki, 2026/27 mövsümü üçün biletlərin qiyməti planlaşdırıldığı kimi 3% artırılacaq, lakin 2027/28 mövsümündə qiymətlər dondurulacaq.

Qeyd olunub ki, klubun gələcək planları "Liverpul" Azarkeşlər Şurası ilə birgə müzakirə ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər