Almaniya Bundesliqasının 31-ci turunda "Bavariya" səfərdə "Maynz" üzərində 4:3 hesablı qələbə qazanıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Maynz şəhərindəki "MEVA Arena" stadionunda baş tutub.
Ev sahibləri ilk hissədə böyük üstünlük əldə edib. 15-ci dəqiqədə Dominik Kor hesabı açıb, 29-cu dəqiqədə Paul Nebel fərqi artırıb, 45+2-ci dəqiqədə isə Şeraldo Bekker üçüncü qolu vuraraq hesabı 3:0-a çatdırıb.
İkinci hissədə "Bavariya" möhtəşəm geridönüş edib. 53-cü dəqiqədə Nikolas Cekson hesab fərqini azaldıb, 73-cü dəqiqədə Maykl Olise fərqi minimuma endirib. 80-ci dəqiqədə Camal Musiala hesabı bərabərləşdirib, 83-cü dəqiqədə isə Harri Keyn qələbə qolunu vurub.
Bu nəticədən sonra "Maynz" 34 xalla 10-cu, artıq çempionluğu təmin etmiş "Bavariya" isə 82 xalla turnir cədvəlinin lideridir.
Növbəti turda "Maynts" "Sankt-Pauli" ilə səfərdə, "Bavariya" isə "Haydenhaym"la evdə qarşılaşacaq.