SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEO
226
15:15, Bu gün

SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEO

İran hərbçilərinin Hörmüz boğazında iki konteyner gəmisini ələ keçirməsinin görüntüləri yayılıb.
 
Videonu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Telegram" kanalı paylaşıb.

Kadrlarda hər iki gəmiyə İran bayrağı altında üzən katerin yaxınlaşdığı görünür. Sonra silahlı SEPAH hərbçiləri konteyner gəmilərinin göyərtəsinə qalxaraq xidməti ərazilərdən keçirlər.

 
Bir gün əvvəl məlum olmuşdu ki, SEPAH-ın hərbi-dəniz qüvvələri iki gəmini ələ keçirərək İran sahillərinə doğru müşayiət ediblər. Gəmilər müvafiq icazələr almadan Hörmüz boğazından keçməyə cəhd göstəriblər.
 
Söhbət Panama bayrağı altında üzən "MSC Fracesca" və Liberiyanı təmsil edən "MSC Epaminondas" gəmilərindən gedir.
 
SEPAH bəyan edib ki, Hörmüz boğazında asayişi və təhlükəsizliyi pozmaq İran üçün "qırmızı xətlər"dir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər