ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO
247
15:10, Bu gün

ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) nüvə mühəndisi Coşua Leblanın cəsədi Alabama ştatında itkin düşməsindən təxminən bir il sonra yanmış "Tesla" avtomobilində tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
 
Nəşrin yazdığına görə, 29 yaşlı mütəxəssis 2025-ci il iyulun 22-də Hantsvildə elektromobilinin maneəyə və ağaclara çırpılması nəticəsində baş verən qəzada həlak olubmuş.
 
Həmin günün səhəri Leblanın ailəsi onun itkin düşməsi barədə məlumat verib. Onların sözlərinə görə, o, əlaqəyə çıxmayıb və NASA-da işə gəlməyib.
 
Mütəxəssis idarədə kosmik uçuşlar üçün nüvə mühərrikləri sahəsində layihələrlə məşğul olurmuş. Maşında yanan şəxs NASA-da təxminən beş il yarım işləyib. Yaxınları kişinin qaçırılmasından şübhələniblər.
 
Qeyd olunur ki, Leblanın meyiti tanınmaz dərəcədə yanıb. Onun şəxsiyyəti cəsədi aşkarlanandan üç gün sonra müəyyən edilib.
 
Baş verən hadisə nüvə elmi və kosmik tədqiqatlarla bağlı alimlərin müəmmalı ölümləri və itkin düşmələri silsiləsinə aid edilir. 2023-cü ildən etibarən ən azı səkkiz alim müəmmalı şəraitdə həlak olub və ya itkin düşüb. ABŞ-nin Federal Təhqiqatlar Bürosu bu işlər arasında əlaqələrin axtarılması üçün Energetika və Müdafiə Nazirliyi, yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini təsdiqləyib. ABŞ Prezidenti Donald Tramp da vəziyyətin onun nəzarətində olduğunu bəyan edib. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər