“Qarabağ”ı arzuolunmaz rəqiblər sırasına saldılar - Onlar üçün
1408
06 Jun 2025 | 22:37

“Qarabağ”ı arzuolunmaz rəqiblər sırasına saldılar - Onlar üçün

İsveçrə çempionu olan “Bazel” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.
 
Komanda Liqa mərhələsinə düşmək üçün pley-off oyunları keçirəcək.
 
İsveçrə mətbuatı pley-offdakı potensial rəqiblərlə bağlı məqalə dərc edib. Mümkün rəqiblər sırasında Azərbaycan çempionu “Qarabağ” da göstərilib.
 
Düzdür, təmsilçimiz yarışa II təsnifat mərhələsindən başlayacaq. Ancaq isveçrəlilər Qurban Qurbanovun yetirmələrinin pley-offa qədər irəliləyəcəyinə inanır.
 
“Qarabağ” hətta “Bazel” üçün arzuolunmaz rəqiblər sırasına salınıb.
 
Pley-offda “Bodo Qlimt”, “Seltik” kimi iştirakçıların olmasına baxmayaraq, isveçrəlilər Kiyev “Dinamo”su, Təl-Əviv “Makkabi”si və “Qarabağ”ın həmin raunda qədər irəliləməməsini arzulayırlar.
 
Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 4-də atılacaq. (Sportinfo.az)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər