18:51
22°C
Bakı
Türkiyənin Muğla vilayətində 4.3 bal gücündə zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:34-də, 12,4 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və ya xəsarətlə bağlı məlumat açıqlanmayıb.