Trampın qızını öldürmək istəyən şəxs tutuldu...-
Ekskluziv
318
09:34, Bu gün

Trampın qızını öldürmək istəyən şəxs tutuldu...-"The New York Post"

"The New York Post" qəzetinin məlumatına görə, Türkiyədən ABŞ-a ekstradisiya edilmiş İran tərəfindən dəstəklənən İraq yaraqlı qrupu "Kataib Hizbullah"ın komandiri Məhəmməd Bəkr Səad Daud əl-Səadi ABŞ prezidentinin qızı İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, nəşrin məlumatına görə, terrorçu İvanka Trampın Floridadakı evinin ətraflı planına sahib olub və özü də onu öldürməyə "and verib".
 
"General Qasimi öldürüldükdən sonra əl-Səadi deyirdi ki, "Biz İvankanı öldürməliyik ki, Trampın evini bizim evimizi yandırdığı kimi yandıra bilək"", - deyə Vaşinqtondakı İraq səfirliyinin keçmiş hərbi attaşe müavini Antifad Qənbər nəşrə bildirib. İkinci mənbə də İvanka Trampı öldürmək planını təsdiqləyib.
 
Məlum olub ki, əl-Səadi həmçinin sosial media şəbəkəsi -"X"-də İvanka Tramp və əri Cared Kuşnerin 24 milyon dollarlıq evə sahib olduğu eksklüziv Florida məhəlləsini göstərən xəritə yerləşdirib. Paylaşım ərəb dilində birbaşa təhdidlə müşayiət olunub: "Amerikalılara deyirəm: bu şəklə baxın və bilin ki, nə saraylarınız, nə də Məxfi Xidmət sizi qorumayacaq. Hazırda biz nəzarət və təhlil mərhələsindəyik. Sizə demişdim ki, qisasımız yalnız zaman məsələsidir."
 
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Məhəmməd əs-Sədi İraq-İran terrorçu dairələrində yüksək vəzifəli şəxsdir. O, 15 mayda Türkiyədə həbs edilib və daha sonra ABŞ-a ekstradisiya edilib. ABŞ federal hakimiyyəti onu Avropa və ABŞ-da 18 hücumda və terror aktlarına cəhddə iştirakda ittiham edib.
 
Ədliyyə Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs Yaxın Şərqdəki mövcud münaqişəyə cavab olaraq Amerika və yəhudi hədəflərinə qarşı hücumları əlaqələndirib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər