AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusunu cəzalandırdı
1862
10 Nov 2023 | 14:28

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusunu cəzalandırdı

AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.
 
Moderator.az xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.
 
30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.
 
Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər