Bizi sosial şəbəkələrdən izləyin:
Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.
Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun "Sabornoq Xrama" klubuna məğlub olub.
Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK-lə (Rumıniya) qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.