UEFA ölkələrin yeni reytinq cədvəlini açıqladı
2817
11 Jun 2023 | 19:20

UEFA ölkələrin yeni reytinq cədvəlini açıqladı

İngiltərə 2022/2023 mövsümü üçün UEFA əmsalları cədvəlində birinci olub.

İkinci pillədə İspaniya, üçüncü yerdə isə Almaniya qərarlaşıb.

Yekun cədvəl UEFA-nın rəsmi saytında dərc olunub. Ölkələrin son reytinqinin ilk onluğu aşağıdakı kimidir:

1. İngiltərə - 109,570.

2. İspaniya - 92.988.

3. Almaniya - 82,481.

4. İtaliya - 81,926.

5. Fransa - 61,164.

6. Niderland - 59.900.

7. Portuqaliya - 56,216.

8. Belçika - 42.200.

9. Şotlandiya - 36.400.

10. Avstriya - 34.000.

Xatırladaq ki, İngiltərənin “Mançester Siti” və “Vest Hem Yunayted” klubları müvafiq olaraq Çempionlar Liqasının və Konfrans Liqasının qalibi olub. İspaniya “Sevilya”sı isə Avropa Liqasını qazanıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər