Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
2959
05 Apr 2023 | 14:26

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib

Aleksandr Çeferin yenidən dörd il müddətinə UEFA prezidenti seçilib.
 
Moderator.az xəbər verir ki, o, UEFA-nın Lissabonda təşkil olunmuş 47-ci Konqresində keçirilən qurumun rəhbəri postuna seçkilərdə yeganə namizəd kimi qalib gəlib.
 
Sloveniyalı, son müraciət tarixindən (5 yanvar 2023-cü il) əvvəl UEFA-ya namizədliyini qeydə alan yeganə şəxs olub. Beləliklə, seçkilər alternativsiz keçirilib.
 
UEFA prezidenti dörd illik müddətə seçilir. 55 yaşlı Ceferin 2016-cı ilin sentyabrında təşkilatın rəhbəri vəzifəsinə keçib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər