19:56
16°C
Bakı
Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.
Hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, suda aşkarlanan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyən edilib.
Meyit aidiyyəti qurumların əməkdaşları tərəfindən sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.
Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə araşdırma aparılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir.
(qafqazinfo)