13:44
25°C
Bakı
Mayın 22-də Bakının Dənizkənarı Milli Parkında baş verən insidentin görüntüləri yayılıb.
Moderator.az xəbər verir ki, kadrlarda 47 yaşlı kişinin bulvar ərazisində gənc qadına qarşı nalayiq hərəkətlər etdiyi əks olunub. Hadisə zamanı yaxınlıqda olan bir gənc qadına kömək etməyə çalışıb.
Bundan sonra tərəflər arasında gərginlik yaranıb. Şübhəli şəxs üzərində olan bıçağı çıxarsa da, qadın və ona yardım edən gənc ərazidən uzaqlaşa biliblər.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərindən bir neçə kəsici-deşici alət aşkar edildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.