Bizi sosial şəbəkələrdən izləyin:
Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.
Moderator.az "Report"a istinadla xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.
Faktla bağlı araşdırma aparılır.