Bakıda məşhur restoranda qonaqlara at əti təqdim edilirmiş
Hadisə
188
17:20, Bu gün

Bakıda məşhur restoranda qonaqlara at əti təqdim edilirmiş

Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Rauf oğlu Mehdiyevə məxsus "Alp Delux" şadlıq evində yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbi ilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.

Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər