Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
Hadisə
370
19:40, Bu gün

Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə barəsində qərar verib.

Moderator.az xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər