ABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb
Dünya
162
20:10, Bu gün

ABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb

ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 1.93 milyon barel artaraq 465.7 milyon barelə çatıb.

 

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, bu həftə ərzində əmtəə benzin ehtiyatları 4.57 milyon barel azalıb.

 

Analitiklər neft ehtiyatlarının 1.2 milyon barel, benzin ehtiyatlarının 1.5 milyon barel azalacağını proqnozlaşdırmışdılar.

 

Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalında ehtiyatlar 806 min barel artıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər