Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil - FOTO
Dünya
160
19:00, Bu gün

Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzv olmayan avropalı müttəfiqlərin İttifaqın müdafiə təşəbbüslərindən kənarda saxlanmasının məqsədəuyğun olmadığını bildirib.

Moderator.az xəbər verir ki, bu barədə o, Ankarada səfərdə olan NATO Baş katibi Mark Rütte ilə görüşündə deyib.

Söhbət zamanı Ankarada keçiriləcək NATO sammitinə hazırlıqlar, Alyansın gündəliyindəki əsas məsələlər, eləcə də regional və qlobal mövzular müzakirə edilib.

Ərdoğan regionumuzdakı qeyri-sabit vəziyyətin NATO müttəfiqləri arasında qarşılıqlı yardım və həmrəyliyin vacibliyini bir daha vurğuladığını bildirərək, Ankara sammitinin müttəfiqlər arasında həmrəyliyi gücləndirəcək və alyansın böhranlara daim hazır olmasını dəstəkləyəcək qərarların qəbulu ilə nəticələnməli olduğunu qeyd edib.

O, Türkiyənin ilk növbədə hava hücumundan müdafiə sistemləri olmaqla müdafiə sənayesi sahəsində öz potensialını hər gün artırdığını və bu sahədə müttəfiq ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışdığını vurğulayıb.

Ərdoğan Türkiyənin İrana hücumlarla başlayan prosesdə sülh və diplomatiya tərəfində mövqe tutduğunu qeyd edib.

Görüşdə Türkiyənin Ukrayna və Rusiya arasındakı müharibənin sülhlə başa çatması üçün fəal işlədiyini, danışıqların bərpası və liderlər səviyyəsində görüşlərin başlaması üçün səylər göstərdiyini bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər