ŞOK! Azərbaycana 1 milyondan çox pul gətirən qadın GÖRÜN KİM İMİŞ
2549
21 Feb 2024 | 21:47

ŞOK! Azərbaycana 1 milyondan çox pul gətirən qadın GÖRÜN KİM İMİŞ

Rusiyanın Həştərxan şəhərindən Bakıya gələn qadının çamadanında bəyan edilməmiş pul aşkarlanıb. Həştərxan hava limanının gömrükçüləri qanun pozuntusu aşkar edərək cinayət işi açıblar.
 
Moderator.az qaynarinfo-ya istinadla bildirir ki, Bakıya uçan sərnişinlərin əl yükünə və baqajına baxış zamanı 14 min dollardan artıq məbləğdə pulun qanunsuz çıxarılması aşkar edilib.
 
Rusiyadan olan qadın nağd pulu bəyan etmədən "yaşıl dəhliz”dən keçmək istəyib. Bununla belə, gömrükçülər onun üzərindən külli miqdarda - 1,2 milyon rubldan çox pul və 95 Azərbaycan manatı, ümumilikdə 14 min dollardan çox pul aşkar ediblər.
 
Həştərxan hava limanının gömrük postunun rəisinin sözlərinə görə, qadına 10 min dollar qaytarılıb, pulun qalan hissəsi isə müsadirə olunub.
 
Vətəndaşı cərimə və ya müsadirə gözləyir. Gömrük Xidməti xatırladır ki, 10 min dollardan artıq məbləğin ixracı qadağandır və bəyan edilməlidir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər