Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Moderator.az xəbər verir ki, sakinlərlə görüş zamanı dövlət başçısının ağbirçək qadınla maraqlı dialoqu diqqət çəkib.
Dövlər başçısından Mehriban Əliyeva haqqında soruşan qadın bildirib:
"Mənim qızımı niyə gətirməmisən, görərdim".
Cavab olaraq dövlət başçısı Mehriban xanım Əliyevanın salamlarını çatdırıb.
Ağbirçək qadın da Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib:
"Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma".
Ağbirçək qadının sözlərinə Prezident İlham Əliyev bu sözlərlə cavab verib:
"Mütləq. O da Şuşa qızıdır, bilirsiniz".